İdman

Mourinyu 200-ə çatdı

“Tottenhem” Premyer Liqanın 34-cü turu çərçivəsində “Everton”u 1:0 hesabı ilə məğlub edib.

Bu, “Tottenhem”in baş məşqçisi Joze Mourinyunun İPL-də 200-cü qələbəsidi. Fanat.Az “Sky Sports”a istinadən xəbər verir ki, portuqaliyalı Premyer Liqa tarixində 200 qələbə limitinə çatan beşinci məşqçidi. O, Deyvid Moyes (207), Harri Rednapp (236), Arsen Venger (476) və Aleks Ferqyusondan (528) geri qalır.

Qeyd edək ki, sözügedən göstəriciyə ən tez çatan (326 oyunda 200 qalibiyyət) məşqçi Aleks Ferqyusondu.

Bənzər yazılar

Back to top button