GündəmHadisəManşet

Vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb.

Turanın müxbirinin verdiyi məlumata görə, Zəki Bababyevin sədrliyi ilə keçirilən prosesdə vəkilin şikayət qismən təmin edilib.

Məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsaslar olmadığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib.

Lakin şikayət cinayət işinə xitam verilməsi ilə bağlı hissədə təmin olunmayıb.

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib.

Onlar külli miqdarda rüşvət almaqda köməkçilik maddəsi ilə ittiham olunurlar. Əvəz Zeynallı və Elçin Sadıqov ittihamı qəbul etməyiblər. Hər ikisi bu ittihamların peşə fəaliyyəti ilə bağlı olduğunu deyirlər.

Bənzər yazılar

Back to top button