Dünya

Bu ölkədə hər kəs peyvənd olunacaq

Yaponiya hökuməti ölkədə yaşayan bütün sakinləri COVID-19 virusuna qarşı peyvəndlə təmin etməyi planlaşdırır.

Bunun 2021-ci ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulur. Qeyd edilir ki, bu, koronavirusun yayılmasına qarşı hökumətin hazırladığı yeni tədbirlər paketinə daxil ediləcək. Baş Nazir Şinzo Abenin cümə gününə planlaşdırılan mətbuat konfransı zamanı bu barədə məlumat verəcəyi bildirilir.

Yaponiya hökuməti Böyük Britaniya-İsveç birgə müəssisəsi olan “AstraZeneca” və ABŞ-ın “Pfizer” şirkətləri ilə 120 milyon doza peyvəndin tədarükü barədə müqavilə imzalayıb. Bununla yanaşı, daha beş şirkətlə həmin istiqamətdə danışıqlar aparılır.

Bundan əlavə, Yaponiyada ölkənin öz şirkətləri tərəfindən də peyvəndin hazırlanması ilə bağlı sınaqlar keçirilir. Lakin onların bazara çıxışının əcnəbi həmkarlarından sonra baş tutacağı və miqdarının kifayət qədər olmayacağı qeyd edilir. (Azərtac)

Bənzər yazılar

Back to top button