Dünya

ABŞ-ın dövlət katibi Tehranda Ukrayna təyyarəsinin qəza səbəbini açıqladı

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin Tehranda qəzaya uğramasının səbəbi texniki nasazlıq ola bilər.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo söyləyib.

“Biz gecikmədən həqiqəti öyrənməli, qəzanın əsas səbəbini bilməliyik. Ola bilsin, bu, texniki nasazlıqdan olub”, – Pompeo Fox News-a deyib.

Pompeo əlavə edib ki, Vaşinqton bu məsələdə İranın əməkdaşlığına ümid edir.

Xatırladaq ki, yanvarın 8-də Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarının Boeing 737-800 təyyarəsi Tehran Hava Limanından yola düşdükdən az sonra qəzaya uğrayıb. Gəmidə 176 nəfər olub: İran, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstandan 167 sərnişin, həmçinin 9 heyət üzvü. Heç kim sağ qalmayıb.

Bənzər yazılar

Back to top button