Dünya

Baydendən xəbərdarlıq: “Putin nüvə silahından istifadə etsə…”

ABŞ Prezidenti Cozef Bayden “CBC News”a müsahibə verib.

Yeniavaz.com xəbər verir ki, tam versiyası sabah yayımlanacaq verilişdə Bayden nüvə ssenarisi barədə açıqlamalar verib. Aparıcı Baydenə “Putin dalana dirənib, nüvə silahından istifadə etmək fikrinə düşsə ona nə deyəcəksiniz?”, -deyə sual ünvanlayıb. Bayden isə “Ona bildirmək istərdim ki, belə bir şey etməsin. Çünki, müharibənin siması İkinci Dünya müharibəsindən bəri heç nəyə bənzəməyən bir şəkildə dəyişəcək”, – deyə cavab verib.

Bənzər yazılar

Back to top button