Dünya

“Çin Rusiyanın parçalanmasında Qərbdən çox maraqlıdır”

Çin onilliklər ərzində ilk dəfə olaraq öz narahatlığını açıq şəkildə dilə gətirdi və Rusiyanın hərəkətlərini şübhə altına aldı.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili deyib.

“Putin Çinin narahatlığına və suallarına cavab verəcəyini bildirib. Bu, həqiqətən də tarixi hadisədir. Fakt budur ki, bu gün Çin Qərbdən çox Rusiyanın parçalanmasında maraqlıdır. O, Sibirə və Rusiyanın ən zəngin resursları olan Uzaq Şərqinə göz dikir. Ona görə də təsadüfi deyil ki, Çin silah və hərbi texnologiya verməkdən imtina edib və Rusiya neftini dünya qiymətindən iki dəfə ucuz alır. Putin Çinlə bağlı son dərəcə ciddi səhv etdi”, – deyə o bildirib.

Bənzər yazılar

Back to top button