Siyasət

Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb, polislə insident yaşanıb (FOTO)

Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb.

APA xəbər verir ki, Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüşə etmək istəyiblər.

Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bənzər yazılar

Back to top button