Dünya

Ermənistan prezidenti kraliçanın vida mərasimində qaydaları pozdu, sərt tənqid olundu (FOTO)

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Britaniya Kraliçası II Elizabetin cənazəsini ziyarət zamanı qaydaları pozub.

Yeniavaz.com xəbər verir ki, “The Sun” nəşrinin yazdığına görə, o, Vestminster zalında keçirilən dəfn mərasimində foto çəkdirirb.

Qeyd olunur ki, sözügedən zalda mətbuat nümayəndələrindən başqa hər kəsə foto çəkmək qadağandır.
Nəşr həmin anların görüntülərini yayıb və bildirib ki, hadisə Xaçaturyan tabutun qarşısında təzim edərkən baş verib:

“O, baş əyərkən köməkçisi cib telefonunu çıxarıb və həmin anların fotosunu çəkib. Zaldakı işçilər bu hadisədən qəzəbləniblər”.

Britinayi ictimaiyyəti bunu “böyük hörmətsizlik” adlandırıb:

“Tamamilə bağışlanmazdır. O, özündən utanmalıdır. Həmin zalda yüzlərlə adam var idi – heç kim danışmırdı, ondan başqa. O, açıq-aydın şəklini çəkdirməyi planlaşdırırdı”.

Bənzər yazılar

Back to top button