ManşetSiyasət

Pelosi Azərbaycanı təcavüzdə ittiham edib və Rusiya əleyhinə mitinqin keçirildiyi İrəvana hərbi əməkdaşlıq təklif edib

“Bu səfərdən əvvəl Ermənistanın sərhədlərinə və suverenliyinə hücum edilib”, – ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi sentyabrın 18-də Yerevanda bildirib.

“Ermənistan bizim üçün vacibdir və biz Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını qətiyyətlə pisləyirik”, – Pelosi Ermənistan parlamentinin spikeri ilə görüşün yekunlarına dair brifinqdə deyib.

O qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını çoxdan və açıq şəkildə bəyan edib.

“Səfərimizin məqsədi Ermənistanın ABŞ-dan nə gözlədiyini və müdafiə sahəsində əməkdaşlıqda bizim hansı dəstəyi verə biləcəyimizi və nə edə biləcəyimizi anlamaqdır. Qərarı Ermənistan verir və qəbul edərsə, biz kömək etməyə hazırıq”, – Pelosi bildirib.

Pelosi ilə birlikdə gələn deputat Ceki Speer bildirib ki, Nümayəndələr Palatasında Azərbaycanın hərəkətlərini pisləyən qətnamə irəli sürüb edilib. “Ümid edirəm ki, tezliklə qəbul olunacaq.

Ermənistan qarşısında öhdəliklərimizə gəlincə, biz Ermənistanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik və Ermənistanın sərhədlərində istənilən dəyişikliyə qarşı çıxacağıq”.

Öz növbəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib: “ABŞ-ın istənilən köməyi bizim üçün həyati əhəmiyyət kəsb edir, sanksiyalar Azərbaycanın ekspansionist ambisiyalarına qarşı növbəti vasitə ola bilər”.

Bu arada, bazar günü İrəvanda bir neçə min nəfərin iştirakı ilə Ermənistanın KTMT-dən çıxmasını tələb edən aksiya keçirilib. Aksiya iştirakçıları Rusiyanı xəyanətdə və Ermənistanın müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham ediblər. (Turan)

Bənzər yazılar

Back to top button