İdman

Musa Qurbanlı Premyer Liqada ilk dəfə het-trik və poker etdi

Azərbaycan Premyer Liqasının 7-ci turunda “Zirə” ilə bu gün keçirilən qarşılaşma “Qarabağ”ın futbolçusu Musa Qurbanlı üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, gənc hücumçu 7:1 hesabı ilə qalib gəldikləri görüşdə 4 qol vurub.

Bununla da Musa Premyer Liqada ilk dəfə həm het-trikə, həm də pokerə imza atıb. O, bu mövsüm Premyer Liqada vurduğu qol sayını 7-ə yüksəldib və komanda yoldaşı Ramil Şeydayevə çatıb. Hazırda bu oyunçular bombardirlər siyahısında 7 qolla ilk 2 yeri bölüşürlər.

Bənzər yazılar

Back to top button