Dünya

Türkiyə ABŞ-dan Gülənin ekstradisiyasını və PKK-ya qarşı əməkdaşlıq gözləyir – Ərdoğan

Türkiyə ABŞ-dan Kürdüstan Fəhlə Partiyası, YPG və müxalif Fətullah Gülənin təşkilatına qarşı mübarizədə əməkdaşlıq etməyi gözləyir.

Qaynarinfo “Anadolu”yaq istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Türkiyə-Amerika Milli Koordinasiya Komitəsinin iclasında deyib.

“Amerikalı dostlarımızın qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK), YPG və FETÖ ilə mübarizəmizdə müttəfiqlik ruhuna uyğun şəkildə əməkdaşlıq etmələrini gözləyirik. FETÖ liderini və təşkilat üzvlərini Türkiyə ədalətinə təslim edin”, – Ərdoğan bildirib.

Gələcəkdə də mövcud inkişafı və demokratik prosesi sürətləndirərək davam etdirmək istədiklərini ifadə edən Ərdoğan deyib: “Bu səbəbdən 2023-cü il seçkilərinə böyük əhəmiyyət veririk. Xaricdəki vətəndaşlarımızın da səs verəcəyi bu tarixi seçkiləri milli iradə bayramına çevrmək istəyirik”.

Seçkilərin demokratik iştirakın ən mühüm və təsirli yolu olduğuna diqqət çəkən Ərdoğan Türkiyənin 70 illik çoxpartiyalı həyatında şəffaf və etibarlı seçki sistemi ilə böyük uğurlar qazandığını xatırladıb:

“Hansı siyasi seçimi etsək də, səsvermə yolu ilə türk demokratiyasını qorumaq bizim borcumuzdur”.

Ərdoğan sözlərini belə davam etdirib:

“İstəyirəm ki, siz öz iradənizə sahib çıxıb, buradakı hər bir vətəndaşımızı seçkiyə getməyə və səsindən istifadə etməyə təşviq edəsiniz. Vurğulamaq istəyirəm ki, bizi bir yerdə saxlayan və bizi biz edən elementlər fərqlərimizdən qat-qat artıqdır. Biz birlikdə fəaliyyət göstərdikcə həm Türk-Amerika ictimaiyyəti, həm də mən inanıram ki, ölkələrimiz daha uğurlu nəticələr əldə edəcəklər. Həm Amerikadakı təmsilçilərimiz, həm də Türkiyədəki qurum və təşkilatlarımız sizinlədir və bundan sonra da sizinlə olacaq. Bir daha xatırladıram ki, keçən il istifadəyə verdiyimiz yeni Türk Evi binamız sizin ümumi evinizdir”.

Bənzər yazılar

Back to top button