Hadisə

Deputat Ağalar Vəliyev Qanlıgöl sakinlərinə qan uddurur – VİDEO

Yasamal rayonunun Qanlıgöl massivi sakinləri kanalizasiya problemindən əziyyət çəkir.

Sakinlər deyir ki, evlərinin yanında “Kristal Abşeron” MTK-ya aid yaşayış kompleksi inşa edilir.

Tikintiyə görə sakinlərin kanalizasiya borularına tıxac vurulur.

Beləcə sakinlər evlərində kanalizasiyadan istifadə edə bilmir.

Qanlıgöl sakinləri deyir ki, məsələ ilə bağlı aidiyyatı orqanlara dəfələrlə şikayət olunsa da, şikayətləri cavabsız qalıb.

Sakinlər hətta bu məsələyə görə dəfələrlə yolu da bağladıqlarını deyirlər.

Həftə sonu olduğundan sakinlərin şikayəti ilə bağlı “Kristal Abşeron” MTK-dan mövqe almaq mümkün olmayıb.

Mənbə: Meydan TV

Bənzər yazılar

Back to top button