GündəmManşetSiyasət

“Xəzər” Hərbi İnstitutu Azərbaycanın nəzarətinə keçən ərazilərin xəritəsini hazırlayıb

Berlində yerləşən “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu sentyabrın 12-15-də Azərbaycan-Ermənistan sərhədində döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən döyüş mövqelərinin xəritəsini tərtib edib.

Xəritə Ermənistan və Azərbaycandakı rəsmi mənbələrdən, eləcə də qeyri-rəsmi mənbələrdən alınan məlumatlar əsasında tərtib edilib.

“Həmin ərazilərin ən azı 50 faizi fiziki nəzarət zonasıdır, yəni orada Azərbaycan Silahlı Qüvvələri və Dövlət Sərhəd Xidməti mövqe tutub. Bu zonanın ümumi sahəsi təxminən 200 kvadrat kilometrdir.

Bənövşəyi xətt ilə göstərilən zona vizual müşahidə ərazisidir. Zəngəzur və Göyçə regionlarında demək olar ki, bütün logistika və nəqliyyat əlaqələrinə nəzarət etməyə imkan verir.

“Ermənistanın başqa bölgəsindən Zəngəzura və Göyçəyə hərbi texnika və əsgərlərin köçürülməsi halında Azərbaycan bunu vizual şəkildə qeydə alacaq və qarşısını ala biləcək”, – “Xəzər”in ekspertləri bildirirlər.

Beləliklə, Azərbaycan Ermənistan ərazisinin 30 faizə qədərinə fiziki və vizual olaraq nəzarət edə bilər, tədqiqat müəllifləri hesab edirlər.

Azərbaycan Müdafiə Nazirliyi hələ ki “Xəzər” İnstitutunun açıqladığı xəritəyə və gəldiyi nəticəyə münasibət bildirməyib.

* “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu 2014-cü ildə Almaniyada mühacirətdə olan jurnalist Cəsur Sümərinli tərəfindən yaradılıb.

Bu qeyri-hökumət təşkilatı Xəzər hövzəsi ölkələrində, Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sahəsində prosesləri təhlil edir, strateji proqnozlar hazırlayır. (Turan)

Bənzər yazılar

Back to top button