İqtisadiyyat

Nizamnamə kapitalı 10 manat olan şirkət 135 milyonluq tenderin qalibi oldu

Qarabağ iqtisadi rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “TVM İnşaat” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Xidmət Ağdam rayonu, Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınmasına görə “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyəcək.

Nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

Bənzər yazılar

Back to top button