Siyasət

İran ordusu Azərbaycan və Ermənistan sərhədinə yerləşdirildi

“İran ordusunun quru qoşunları və zirehli briqadaları Azərbaycan və Ermənistan sərhədində yerləşdirilib”.

Bunu “Ermənistan-İran İnkişaf Fondu”nun təsisçisi Pouya Hüseyni deyib.

“İran ordusunun quru qoşunları, zirehli briqadaları, ordunun çevik reaksiya qüvvələri və hücum helikopterləri İran, Azərbaycan və Ermənistanla sərhəddə yerləşdirilib. İran İslam Respublikasının aydın mövqeyi regionun tarixi və geosiyasi sərhədlərinin dəyişməsinə imkan verməməkdir”, – o qeyd edib.

Hüseyni əlavə edib ki, Ermənistan və Azərbaycanın İranla sərhəd zonasında təkcə İran ordusunun qoşunları deyil, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi hissələri də tam döyüş hazırlığındadır. (unikal.org)

Bənzər yazılar

Back to top button