Dünya

Tramp anti-virus qanunu imzaladı: Böyüklərə 1200, uşaqlara 500 dollar…

ABŞ prezidenti Donald Tramp anti-virus qanunu imzalayıb.

Qaynarinfo xəbər verir ki, 2 trilyon dollarlıq paketin 25 faizini birbaşa əhaliyə ödənişlər təşkil edəcək. Qanuna görə, böyüklərə 1200 dollar, uşaqlara isə 500 dollar veriləcək. Bundan əlavə, işsizlərin hər birinə həftədə 600 dollar, ayda 2500 dollar müavinət ödəniləcək.

Kiçik biznesə gəlincə onlara yardım etmək üçün 350 milyard dollar ayrılıb. ABŞ-da işçisinin sayı 500-dən aşağı olan müəssilər kiçik biznes kateqoriyasına aiddir.

Bu ödənişlər ən qısa müddətdə həyata keçiriləcək.

Bənzər yazılar

Back to top button