Siyasət

Nyu-Yorkda Blinken-Bayramov-Mirzoyan görüşü gözlənilir

Bazar ertəsi Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın üçtərəfli görüşü keçiriləcək. Bu barədə sentyabrın 19-da günün ikinci yarısında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi məlumatı şərh etməyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan nümayəndələrinin yüksək səviyyədə görüşünün keçirilməsi təklifi bundan öncə ABŞ Dövlət Departamentindən gəlib. Bu, sentyabrın 13-də iki ölkə sərhədində vəziyyətin gərginləşməsindən sonra baş verib. (Turan)

Bənzər yazılar

Back to top button