Siyasət

Fransa səfirinə etiraz notası təqdim edilib

Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və radikal erməni qrupların Azərbaycanın Parisdəki səfirliyinə hücumu ila bağlı ona etiraz notası təqdim edilib.

Nazir müavini Xələf Xələfov hücum zamanı səfirliyin binasına ziyan vurulduğunu, onun əməkdaşlarının həyatına təhlükə yarandığını səfirin diqqətinə çatdırıb.

“Xələfov radikal erməni qruplarının bu hərəkətlərinə şəraitin yaradılması və vaxtında qarşısının alınmamasına görə qəti etirazını bildirib”.

O, Fransa hakimiyyətini baş verənlərlə bağlı hərtərəfli araşdırma aparmağa, günahkarları cinayət məsuliyyətinə cəlb etməyə və dəymiş ziyanı ödəməyə çağırıb.

Öz növbəsində Fransa səfiri baş verənlərdən təəssüfləndiyini və hadisəyə hüquqi qiymətin veriləcəyini bildirib.

Bənzər yazılar

Back to top button