Hadisə

Sovet dövrünün mərmiləri aşkar edilib

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində (keçmiş Nasosnı) bir neçə artilleriya, tank və minaatan mərmisi aşkar edilib. Bu barədə sentyabrın 19-da Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Əsasən bunlar 88 ədəd 56 millimetrlik raket mərmisi, 1 ədəd 70 millimetrlik raket mərmisi, 6 ədəd 122 millimetrlik OF-56 top mərmisi, 1 ədəd 152 millimetrlik OF-29 top mərmisi, 1 ədəd 125 millimetrlik OF-26 tank mərmisi, 5 ədəd BM-15 tank mərmisi və 1 ədəd 82 millimetrlik minaatan mərmisidir.

Təqdim olunan fotolardan görünür ki, bu arsenal uzun müddət torpaqda qalıb və metal qırıntılarına bənzəyir. Çox güman ki, bunlar sovet ordusunun bu ərazidə yerləşmiş keçmiş hərbi hissələrinin ehtiyatlarıdır.

Bənzər yazılar

Back to top button