Hadisə

Rüşvət tələb etdiyi deyilən məktəb direktoru: “İstəyirsiz gedin prezidentə deyin”

N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova barəsində mediaya şikayət ünvanlanıb, səs yazısı təqdim olunub.

AzToday.az yenicag.az-a istinadla xəbər verir ki, rşikayətdə direktorun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etdiyi bildirilir.

Qeyd olunur ki, direktor valideynlərdən 5 yaşlı uşaqlar üçün qrupların açılmasına görə 100 AZN tələb edir. Şikayətçinin sözlərinə görə, Nəcibə Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyir.

Əldə etdiyimiz məlumata görə, direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir.

Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.

Direktorun səs yazısını təqdim edirik:

(Səs yazısını linki tıklayaraq dinləyə bilərsiniz)

https://ok.ru/video/3708011219677

Bənzər yazılar

Back to top button