GündəmSağlamlıq

Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxdu, 2 nəfər vəfat etdi

Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 54 nəfər sağalıb, bu barədə çərşənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargah-dan bildirib.

Məlumatda bildirilir ki, 1949 və 1961-ci il təvəllüdlü iki xəstə vəfat edib. Xəstəliyə yoluxanların ümumi sayı 2758 nəfər təşkil edib.

Onlardan 1789-u sağalıb, 35-i vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir.

Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə 208.546 test aparılıb.

Bənzər yazılar

Back to top button