Gündəm

Ermənistan-Azərbaycan sərhədində vəziyyət necədir?

Sentyabrın 20-si saat 09:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət dəyişməyib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 12-13-də Ermənistan bütün sərhədboyu təxribat törədib. Baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb.

Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını, 20 nəfərin əsir düşdüyünü bəyan edib.(Qaynarinfo)

Bənzər yazılar

Back to top button