Siyasət

Ermənilərin səfirliyimizə hücumu ilə bağlı Fransa XİN-dən açıqlama

Fransa Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Fransadakı səfirliyinə hücumla bağlı açıqlama yayıb.

Yeniavaz.com xəbər verir ki, açıqlamada belə hadisələrin qarşısının alınması üçün bütün tədbirlərin görüldüyü bildirilir:

“Parisdəki Azərbaycan səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik. Fransa hökumətinin səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıqdırlar”.

Xatırladaq ki, sentyabrın 18-də bir qrup erməni Azərbaycanın Fransadakı səfirliyinə hücum edib, zorla səfirliyin inzibati binasına daxil olmağa çalışıb.

Bənzər yazılar

Back to top button