İdman

Neymar PSJ-nin məşqini boykot edib

PSJ-nin futbolçusu Neymar bu ay Paris klubunun nizam-intizam qaydasını pozub.

Qol.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçun komandanın məşqinə çıxmaqdan imtina edib. Hadisə Fransa kubokunun 1/4 finalında fevralın 12-i keçirilən “Dijon”la matçın (6:1) növbəti günü baş verib. 28 yaşlı oyunçu komanda ilə məşqə çıxmaq istəməyib. O, baş məşqçisi Tomas Tuhelə istirahətə ehtiyacı olduğunu bildirib.

Neymarın bu hərəkəti T.Tuhelin “Dijon”la görüşdən sonra onun haqqında söylədiyi fikrə əsəbiləşdiyi üçün etdiyi iddia olunub. Mütəxəssisin Neymarın zədəsini tam sağaltmayacağı təqdirdə, Çempionlar Liqasının 1/8 finalında “Borussiya” ilə görüşdə oynatmayacağınını deməsi braziliyalı futbolçunun narazılığına səbəb olub.

Neymar Dortmund klubu ilə oyundan sonra 4 matç oynatmaması ilə bağlı verilən suala belə cavab vermişdi: “Son matçlarda oynamamaq mənim seçimim deyildi. Mən oynamaq istədim. Özümü yaxşı hiss edirdim. Amma klub məni oynatmaq qorxdu. Acısını da mən çəkdim”.

Bənzər yazılar

Back to top button