GündəmManşetSiyasət

Qarabağ separatçılarının lideri sülh yolu ilə nizamlanma ümidlərinin üzərindən xətt çəkir

“Azərbaycan-Qarabağ münaqişəsi nizamlanmayıb və Arsax xalqının öz müqəddəratını təyin etmək hüququ və onun həyata keçirilməsinin nəticələrinin tanınması əsasında nizamlanmalıdır”, bu barədə sentyabrın 19-da Qarabağ separatçılarının lideri Araik Arutyunyan öz videomüraciətində bildirib.

O iddia edib ki, “Arsax xalqına öz müqəddəratını təyin etmək hüququ beynəlxalq hüquq sənədləri ilə və ATƏT tərəfindən verilib”.

İkinci Qarabağ müharibəsi “müqəddəratı təyin etmək hüququnun tam tanınması zərurətini möhkəmləndirib” və beynəlxalq ictimaiyyət Qarabağın “öz müqəddəratını təyin etmək və müstəqillik” hüququnu tanımalıdır, deyə o bildirib.

Onun sözlərinə görə, Qarabağ erməniləri müstəqillik uğrunda mübarizəni dayandırmayacaqlar.

“Bizim üçün Arsaxın Azərbaycanın bir hissəsi kimi göstərilə biləcəyi istənilən sənəd qəbuledilməzdir. Biz Arsax xalqının maraqlarına zidd olan heç bir sənədi qəbul etməyəcəyik”, deyə o qeyd edib.

“Düşmən qüvvələr” ardıcıl olaraq Rusiya sülhməramlılarının roluna kölgə salmaq və Rusiyaya qarşı etimadsızlıq yaratmaq üçün təxribatlar törədirlər. “Ümid edirik ki, Rusiya sülhməramlılarının səmərəliliyini artırmaq və xalqın təhlükəsizliyinin ən mühüm zəmanəti kimi onların Arsaxda müddətsiz iştirakını təmin etmək mümkün olacaq.

Türkiyə-Azərbaycan təhdidlərini nəzərə alaraq, biz özümüzü müdafiə etmək hüququna malikik və öz müdafiə sistemimizi müasirləşdirmək üçün əlimizdən gələni edəcəyik”, deyə o bildirib.

Ermənistan-Azərbaycan sərhədində gərginlik və Nyu Yorkda iki ölkənin XİN başçılarının görüşü fonunda Arutyunyanın bu bəyanatları sülh yolu ilə nizamlanma ümidi olmadığını göstərir.

Bənzər yazılar

Back to top button