Hadisə

“Azercell”dən şikayətlər ARTIR: Müştəri məmnuniyyəti də yoxdur

“Azercell” mobil operatorun xidmətindən şikayətlər artır.

Bakıvaxtı.az xəbər verir ki, növbəti şikayəti “Huner Group”un PR və marketinq departamentinin direktoru Nəsimi Paşayev edib.

N.Paşayev sosial şəbəkədə paylaşdığı şikayətdə qeyd edir:

“Hörmətsiz Azercell! Ödəniş olunmazsa Tarif paketi bitən saniyədə xidməti dayandırırsınız. Yaxşı eliyirsiniz. Bəs niyə pulu ödəndiyi halda 4 gündür xidmət göstərmirsiniz”.

Onun sözlərinə görə, ödəniş olunub, tarif paketi yenilənib, danışıq dəqiqələri verilib, amma internet yox: “Niyə? 4 gündür eyni sözü deyirsiniz – müraciətiniz texniki şöbəyə yönləndirilib və təcili olduğu qeyd edilib. Hətta paketdəki danışıq dəqiqələrini də ancaq sizə xərcləmişik”.

Abunəçi qeyd edib ki, normal şirkət problemi aradan qaldırmaq üçün müvəqqəti internet xidməti verməlidir: “Araşdırmadan sonra problem müştəridə olsa onun pulunu ala da bilər. Amma sizdə müştəri məmnuniyyəti də yoxdur”.

Şirkətdən isə abunəçinin qarşılaşdığı hal ilə bağlı bildirilib ki, müraciət qeydə alınıbsa, həlli istiqamətində müvafiq tədbirlər görülməlidir: “Müraciətinizlə bağlı yeniliyin olub-olmadığını, çətinliyin həlli məsələsinin hansı mərhələdə olduğunu dəqiqləşdirmək və əlavə məlumat əldə etmək məqsədilə bizim şəxsi mesaj bölümünə yaza bilərsiniz”.

Bənzər yazılar

Back to top button