GündəmManşetSiyasət

Anklavları qaytarmaqdan imtina edən Ermənistan daha çox ərazi itirir

Ekspertlər arasında sentyabrın 12-də, demək olar ki, bütün Azərbaycan-Ermənistan sərhədi boyunca baş verən, Azərbaycan ordusunun bəzi əraziləri nəzarət altına alması ilə başa çatan döyüşlər müzakirə olunur. Ermənistan iki suveren dövlətin dövlət sərhədi olan Azərbaycan SSR və Ermənistan SSR arasındakı sovet dövrünün inzibati sərhədini qəbul etmədiyinə görə beynəlxalq-hüquqi cəhətdən bu yüksəkliklərin Ermənistana məxsusluğu şübhə doğurur, Bakıda əsaslı olaraq belə hesab edirlər.

Azərbaycan ordusunun yeni sərhədlərə çıxması ilə nəticələnən əvvəlki döyüşlər 12 may 2021-ci il tarixində baş vermişdi.

2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında ərazilərin Azərbaycan ordusu tərəfindən ələ keçirilməsinin mühüm bir mənası nəzarət altına götürülən ümumi sahədədir. Hərbi ekspert Cəsur Sümərinli hesablama aparıb və belə bir nəticəyə gəlib ki, 200 kv km nəzarətə götürülüb. Bu rəqəmə tutulan ərazilərdən Azərbaycan ordusunun atəş zonasına düşən ərazilər də daxildir.

Yerevandakı ekspertlərin hesablamalarına görə, Azərbaycan ordusunun ələ keçirdiyi ərazi xeyli az – 50 kv km-dir. “Düşmən ötən ilin mayında Ermənistan torpaqlarının 40 kvadrat kilometrini işğal edib, indi isə daha 10 kvadrat kilometri işğal edib”, deyə baş nazir Nikol Paşinyan parlamentin iclasında bildirib.

Azərbaycanı “suveren Ermənistana” qarşı təcavüzdə ittiham edən Yerevanda Ermənistan SSR-in Sovet İttifaqını tərk etdiyi sərhədlərə istinad edirlər. Amma bu sərhədlərə Ermənistan SSR-nin əraziləri ilə əhatə olunmuş Azərbaycanın Qazax rayonunun kəndləri və Naxçıvan Muxtar Respublikasının bir kəndi – yəni anklavlar da daxil idi. Bu kəndlər 1992-ci ildə ermənilər tərəfindən ələ keçirilib və dağıdılıb. Buna cavab olaraq 1992-ci ildə Azərbaycan ordusu Gədəbəy rayonu ərazisindəki Ermənistan anklavını – Başkənd (Artsvaşen) kəndini işğal edib.

Anklavların ərazilərini xatırladaq. Ermənilərin 1992-ci ildə Azərbaycan ordusu tərəfindən ələ keçirilən Başkənd (Artsvaşen) yaşayış məntəqəsi 40 kv km sahəyə malikdir.

Həmin dövrdə Ermənistan ordusu Azərbaycanın Qazax rayonuna aid yeddi və Naxçıvan Muxtar Respublikasına aid bir (Kərki) anklav kəndini işğal edib.

Yuxarı Əskipara – 8,6 kv km,

Aşağı Əskipara – 9,1 kv km,

Baqanis Ayrım – 40 kv km,

Bərhudarlı – 10,1 kv km,

Sofulu – 22 kv km,

Qızıl Hacılı – 11 kv km,

Heyrimli – 4,1 kv km,

Kərki (Naxçıvan MR) – 19,2 kv km.

İşğal olunmuş Qazax rayonunun yeddi və NMR-in bir kəndinin ümumi sahəsi 124 kvadrat kilometr təşkil edir, bu da sovet xəritəsinə əsasən Ermənistana aid olan Başkənd yaşayış məntəqəsinin ərazisindən üç dəfə çoxdur.

Nikol Paşinyan anklav kəndləri və onları əhatə edən torpaqları Azərbaycana qaytarmaqdan imtina edib.

İndi Azərbaycan diplomatları deyə bilərlər ki, Azərbaycan SQ-nin 2021 və 2022-ci ildə ələ keçirdiyi ərazilər Ermənistanın Azərbaycan anklavlarını azad etməsi müqabilində qaytarıla bilər.

Bənzər yazılar

Back to top button