İdman

Levandovski: “Barselona”ya keçmək özümə hörmətimi artırdı”

“Barselona”nın hücumçusu Robert Levandovski Kataloniya klubuna keçidinin ona verdiyi dəyişikliklərdən danışıb.

Qol.az xəbər verir ki, polaşlı futbolçu Bild-ə açıqlamasında deyib: “Barselona”ya keçmək mənə təkan verdi. Bu, mənim özümə hörmətimi artırdı. Bilirdim ki, matçların nəticələrində həlledici rol oynamalıyam. Mən bu roldan qorxmuram. Özümlə fəxr edirəm. Gənc oyunçular yaxşı məlumatlıdırlar, danışmağa hazırdırlar və sual verməkdən çəkinmirlər. Mən öz bilik və təcrübəmi onlara ötürürəm”.

Qeyd edək ki, 34 yaşlı oyunçu 2022-ci ilin iyulunda “Bavariya”dan “Barselona”ya keçib. Polşalı futbolçu yeni komandasında 8 matçda 11 qol vurub və 2 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button