GündəmManşetSiyasət

Putin Ermənistan-Azərbaycan sərhədinin Moskvanın iştirakı ilə delimitasiyasının tərəfdarıdır

Rusiya Moskvaya yaxın ölkələr arasında sülh yolu ilə nizamlanmanın tərəfdarıdır, bu barədə sentyabrın 20-də RF prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan sərhədində vəziyyətin pisləşməsi haqqında danışarkən deyib, xəbəri Regnum yayıb.

“Qeyd edim ki, bizə yaxın olan dövlətlər arasında istənilən münaqişəli vəziyyətlər bizdə ciddi narahatlıq doğurur. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına tam riayət etməyə çağırırıq”, deyə Rusiya dövlət başçısı xarici səfirlərin etimadnamələrini təqdim etməsi mərasimində bildirib.

Rusiya lideri əlavə edib ki, həllin açarının Moskvanın məsləhət dəstəyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın peşəkar, birgə işində olduğuna əsaslanmaq lazımdır.

Beləliklə, Putinin sözlərindən belə çıxır ki, Rusiya Azərbaycan və Ermənistan orduları arasında bu yaxınlarda baş verən qarşıdurmaları “ərazi mübahisəsi” kimi qiymətləndirir və Ermənistanın “Azərbaycanın onun ərazisinə hücumu” haqqında mövqeyini bölüşmür.

Bundan başqa, Putinin sözlərindən məlum olub ki, delimitasiya prosesi yalnız onun moderatorluğu ilə həyata keçirilməlidir və digər xarici qüvvələrin iştirakı istisnadır.(Turan)

Bənzər yazılar

Back to top button