Hadisə

Ukrayna səfirliyi qarşısında keçirilən aksiyanın iştirakçıları Misir Qasımlının azad edilməsini tələb ediblər

Bu gün Ukraynanın Azərbaycandakı Səfirliyinin qarşısında İkinci Qarabağ müharibəsinin veteranı Misir Qasımlının Ukraynada əsassız təqibinə qarşı etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları “Misirə azadlıq!”, “Misir, sən tək deyilsən!” və s. şüarlar səsləndiriblər.

Etirazçılar 1,5 ildir Ukraynada həbsdə saxlanılan Qasımlının təqsirli olmadığı və böhtan xarakterli ittihamla həbs edildiyi qənaətindədirlər. Onlar hesab edirlər ki, Ukrayna məhkəməsi bəraətverici əsaslarla Qasımlının təqibinə son qoymalı və onu azad etməlidir.

Aksiya iştirakçıları səfirliyin əməkdaşına öz qətnamələrini təqdim ediblər.

Qasımlı özü məhkəmədə erməni əsilli İspaniya vətəndaşının guya Qasımlı tərəfindən döyülməsi haqqında uydurma şikayəti əsasında həbs edildiyini bildirib.

Qasımlıya qarşı silah gəzdirmək, adam oğurlamaq və döymək ittihamları irəli sürülüb. (Turan)

Bənzər yazılar

Back to top button