Hadisə

Brakonyer Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının qayığını yandırıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu barədə Xidmətin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq, onların olduğu qayığa yanacaq tökərək yandırıb.

Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb.

“Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”, deyə xidmət rəisi əlavə edib.

Bənzər yazılar

Back to top button