Siyasət

D18 Hərəkatının sədri 30 gün müddətinə həbs edilib

D18 Hərəkatının lideri Əhməd Məmmədli Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turan-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin (polisə tabe olmama) tərkib əlamətləri olduğuna görə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Öz növbəsində, D18 nümayəndələri hesab edirlər ki, Məmmədli Ermənistan-Azərbaycan sərhədində son gərginlik zamanı hakimiyyətin atdığı addımları tənqid etdiyinə görə cəzalandırılıb.

Bənzər yazılar

Back to top button