GündəmManşetSiyasət

Azərbaycanın Fransadakı səfirliyi erməni hücumları ilə bağlı bəyanat yaydı

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra Fransanın səlahiyyətli orqanlarından müvafiq tədbirlər görməyi tələb edir.

Bu barədə bəyanat Azərbaycanın Fransadakı səfirliyinin tvitter hesabında yayılıb.

Bəyanatda bildirilib:

“Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik:

1. 2022-ci il sentyabrın 18-də erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın;

2. Ona hüquqi qiymət verilsin;

3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın;

4. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olması təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar”.

Bənzər yazılar

Back to top button