İdman

Ronaldo 39 yaşında “Avro-2024″də oynamaq istəyir

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo kapitanı olduğu Portuqaliya millisi ilə bağlı gələcək planlarından danışıb.

Qol.az xəbər verir ki, 37 yaşlı futbolçu “Renascenca”ya açıqlamasında bildirib ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatında oynamaq istəyir:

“Ümid edirəm ki, daha bir neçə il milli komandada oynayacağam. Mənim ambisiyalarım böyükdür. Mən hələ də özümü çox motivasiyalı hiss edirəm. Milli ilə səyahətim hələ bitməyib. Milli komandamızda keyfiyyətli gənclər çoxdur. Qarşıda dünya çempionatı var və mən isə növbəti Avropa çempionatında da oynamaq istəyirəm”.

Göründüyü kimi, 2024-cü ildə 39 yaşı olacaq Ronaldo Avropa çempionatında da Portuqaliya millisinə kömək etmək fikrindədir.

Qeyd edək ki, Ronaldo Portuqaliya millisində 117 qol vurub. Bu isə milli komandalarda vurulan qol sayına görə dünya rekordudur.

Bənzər yazılar

Back to top button