Dünya

Gürcüstan Prezidenti: “Lukaşenkonun Abxaziyaya səfəri beynəlxalq hüquqa ziddir”

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini pisləyib və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

S.Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb.

“Aleksandr Lukaşenkonun işğal edilmiş Abxaziyaya səfərini şiddətli şəkildə qınayıram. Bu, beynəlxalq hüququn qəbuledilməz şəkildə pozuntusudur “,- Prezident bildirib.

Bənzər yazılar

Back to top button