Dünya

Dövlət Departamenti: Ukraynanın işğal olunmuş ərazilərində “referendumlar” Rusiyanın zəifliyinin əlamətidir

Vaşinqton Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində planlaşdırılan referendumu Vladimir Putinin “inanılmaz dərəcədə kobud və çarəsiz addımı” adlandırıb.

“Biz hazırda Rusiyanın Ukraynada aylardır planlaşdırdığı saxta referendumların keçirilməsi imkanlarını nəzərdən keçirməsi barədə xəbərləri görmüşük”, – dövlət katibi Entoni Blinken jurnalistlərə deyib:

Donetsk, Luqansk, Zaporojye və Xerson qondarma xalq respublikalarında Kremlin dəstəklədiyi separatçılar bu həftə Rusiyaya birləşmək üçün səs verəcəklərini bəyan ediblər.

Dövlət Departamenti hesab edir ki, Putinə saxta referendumlar Ukrayna ərazisinin zəbt edilməsinə haqq qazandırmaq üçün lazımdır.

Blinken qeyd edib ki, ABŞ Ukrayna ərazisinin anneksiyasını tanımır.

“Saxta referendum və əlavə qüvvələrin səfərbər edilməsi güc yox, zəiflik əlamətidir və Rusiya siyasətinin uğursuzluğundan xəbər verir”, – Entoni Blinken əlavə edib. (Turan)

Bənzər yazılar

Back to top button