Dünya

Səfərbərlik elanından sonra rusların internetdə axtardıqları: “Qolumu necə sındıra bilərəm?” – Fotofakt

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynda aparılan müharibə ilə əlaqədar olaraq ölkədə qismən səfərbərlik elan edib.

Yeniavaz.com xəbər verir ki, V.Putinin bu qərarından dərhal sonra ölkə vətəndaşları dünyanın ən böyük internet axtarış sistemi olan “Google”də “Səfərbərlikdən necə yayına bilərəm” (“Kак избежать мобилизации), “Qolumu necə sındıra bilərəm” (“Как сломать руку”) kimi ifadələri axtarışa veriblər. Bu gün səhər saatlarında Rusiyada internet istifadəçiləri tərəfindən ən çox axtarışa verilən bu sözlər olub və əvvəlki günlərlə müqayisədə kəskin artım olub.

Bənzər yazılar

Back to top button