Dünya

İraqdan Türkiyəyə acı xəbər: iki əsgər şəhid oldu

Türkiyə ordusu Şimali İraqda iki şəhid verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

İraqın şimalında yol tikintisi zamanı PKK terrorçuları tərəfindən Türkiyənin hərbi iş maşınına minaatanlardan hücum olub. Hücum nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər ağır yaralanıb:

“İyunun 2-də İraqın şimalında yol tikintisi zamanı hərbi iş maşınına separatçı terror təşkilatı mənsubları tərəfindən həyata keçirilən hücum nəticəsində, iki silah dostumuz şəhid olub, biri isə ağır yaralanıb”.

Bənzər yazılar

Back to top button