İdman

“Mançester Yunayted” “Napoli”nin hücumçusundan əl çəkmir

“Mançester Yunayted” “Napoli”nin hücumçusu Viktor Osimhenlə yenidən maraqlanır.

Fanat.az “Manchester Evening News”ə istinadən xəbər verir ki, İngiltərə klubu 23 yaşlı nigeriyalı hücumçunu qış transfer pəncərəsində heyətinə qatmağa hazırlaşır.

Osimhenin “Napoli” ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir. Nüfuzlu “Transfermarkt” portalı futbolçunu 65 milyon avro qiymətləndirir. Nigeriyalı əvvəllər “Volfsburq”, “Şarlerua” və “Lill”də də çıxış edib.

Viktor Osimhen bu mövsüm A Seriyasında “Napoli”nin heyətində 5 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button