GündəmManşet

Erməni silahlıları Zəngilandakı postumuza hücum edib – Caliber

“Əldə etdiyimiz məlumata görə, bu gün də (21 sentyabr) Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib”.

Bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikasının “Yerkrapa” könüllülərinin hərbiləşdirilmiş birliyinin üç üzvü sözügedən istiqamətdə postlarımızdan birinə hücum edib:

“Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra erməni silahlıları mövqelərimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb. Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, “Yerkrapa” könüllülərinin sərxoş vəziyyətdə olduğunu və belə bir hücumun komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib. Hadisə aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir”.

Bənzər yazılar

Back to top button