Hadisə

Təyyarə sərnişinlərinin məlumatları Gömrük Komitəsinə də ötürüləcək – Yeni qərar

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nda dəyişiklik edib.

AzToday.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, bundan sonra Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmaq üçün elektron qaydada Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə yanaşı, Dövlət Gömrük komitəsinə də ötürüləcək.

“Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 118 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nın 3.1-ci bəndinə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə,” sözləri əlavə edilsin”, -deyə qərara edilən dəyişiklikdə bildirilir.

Bənzər yazılar

Back to top button