Siyasət

Senatorlar Azərbaycan SQ-nin bu yaxınlarda baş verən döyüşlərdə iştirak edən bölmələrinin ABŞ-dan yardım alıb-almadığını araşdırırlar

Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlərdən sonra Bayden Administrasiyası təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığa görə getdikcə artan təzyiqlə üzləşir, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.

Belə ki, prezidentliyə keçmiş namizədlər də daxil olmaqla, ABŞ-ın səkkiz senatoru çərşənbə günü dövlət katibi Entoni Blinkenə və müdafiə naziri Lloyd C.Ostinə məktub göndəriblər. Onlar Administrasiyanın Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək niyyətində olub-olmadığı ilə maraqlanırlar. Onlar həmçinin ABŞ-ın bu yaxınlarda döyüş əməliyyatlarında iştirak edən bölmələrə təhlükəsizlik sahəsində hər hansı yardım göstərib-göstərmədiyini bilmək istəyirlər.

Məktubu senatorlar Edvard C.Marki (Massaçusets), Debbi Stabenou (Miçiqan), Aleks Padilya (Kaliforniya), Ron Uayden (Oreqon), Kris Van Hollen (Merilend), Berni Sanders (Florida), Ceki Rozen (Nevada) və Kori Buker (Nyu Cersi) imzalayıblar.

Senatorlar hesab edirlər ki, mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan ABŞ-dan təhlükəsizlik sahəsində yardım almağa davam edir.

Administrasiyaya cavab üçün 2 həftə vaxt verilib.

Bənzər yazılar

Back to top button