Cəmiyyət

Azərbaycan Baş Prokurorluğu niyə ölkə vətəndaşlarını Ukraynadakı müharibədə iştirak etməkdən çəkinməyə çağırmır?

Azərbaycan Baş Prokurorluğu öz vətəndaşlarını Ukraynadakı müharibədə iştirakdan çəkinməyə çağıraraq, buna görə cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlıq edən Mərkəzi Asiya ölkələrinin yolundan getməyib.

Baş Prokurorluğun mətbuat xidməti Turan-ın sualına cavabda Qazaxıstanda, Qırğızıstanda və Özbəkistanda qəbul edilmiş xəbərdarlıqlara bənzər xəbərdarlıq olub-olmayacağını deməyə çətinlik çəkib. Prokurorluğun mətbuat xidmətindən əlavə ediblər ki, yalnız idarənin səlahiyyətləri çərçivəsində sorğulara cavab vermək səlahiyyətləri var.

Amma keçmişdə Baş Prokurorluq ölkə vətəndaşlarına Suriyada və digər qaynar nöqtələrdə müharibədə iştiraka görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq etmişdi.

Rusiyada bir milyondan çox etnik azərbaycanlı yaşayır, bu insanların bir hissəsi Azərbaycan vətəndaşı olaraq qalır və Azərbaycanın digər ölkələrin hərbi təlimlərində, münaqişələrində iştirakı qadağan edən qanunvericiliyindən bixəbər ola bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsində ölkə vətəndaşlarının digər ölkələrin ərazilərindəki hərbi təlimlərdə və silahlı münaqişələrdə iştirakına görə 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Rusiyada qismi səfərbərlik RF-nin digər ölkələrlə münasibətlərində yeni çətinliklərə gətirib çıxarıb. Rusiya Dövlət Duması Rusiya ordusunda müqavilə əsasında xidmət göstərən əcnəbilərin sadələşdirilmiş qaydada RF vətəndaşlığı ala bilməsinə dair düzəlişi qəbul edib.

Bənzər yazılar

Back to top button