Dünya

83 şəhər ayağa qalxdı, Təbriz və Məşhəddə “Bəsic”çilər öldürüldü – İranda son vəziyyət

İranda Məsha Əminin əxlaqi polisi tərəfindən saxlanıldıqdan sonra başlayan aksiyaların miqyası genişlənir.

Qaynarinfo xəbər verir ki, artıq ölkənin ən azı 83 şəhərində aksiyalara qoşulub.

Müxtəlif şəhərlərdə vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Təbriz və Məşhəddə “Bəsic” qüvvələrinin iki üzvü bıçaqlanaraq öldürülüb. Aksiyaçılar Təbrizdə məscid və polis bölməsini yandırıb.

Kirmanşah şəhərindəki toqquşmalar zamanı azı 2 nəfər ölüb, 25 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gecədən İranda internetə, xüsusən də “Instagram” və “WhatsApp”a giriş məhdudlaşdırılıb.

Bənzər yazılar

Back to top button