Bizim seçimGündəmManşetSiyasət

Müxalifətin mitinqinə həmişəkindən daha çox insan gəlib (VIDEO)

Saat 15-də “Məhsul” stadionunda müxalifətin Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təşkil edilmiş mitinqi başlayıb.

Bloger Mehman Hüseynovun və bütün digər siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında Xalq Cəbhəsi, Müsavat və REAL partiyalarının fəalları iştirak edir.

Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, polis gücləndirilmiş təhlükəsizlik tədbirləri görür və mitinqə gələnləri üç dəstə yoxlayır. Həmişə olduğu kimi, hakimiyyət sosial şəbəkələrə birbaşa yayına yol verməmək üçün mitinqin keçirildiyi yerdə internetə girişi bloklayır. (Turan.az)

https://www.facebook.com/522041298182039/videos/912537568949968/

Bənzər yazılar

Back to top button