Bizim seçimHadisə

Lerikin icra başçısının müavininin bahalı maşınları, malikanələri, obyektləri və avtoş oğlu… (FOTO)

Dəbdəbəli həyat sürən Lerik icra başçısı müavininin oğlu da avtoş çıxdı

Cəlil Baxşıyev yüz hektarlarla torpaq sahəsinin, restoranların, minlərlə qoyun və yüzlərlə mal-qaranın, paytaxtda bahalı evlərin və lüks avtomobillərin sahibidir.

Kiçik bir araşdırma bəs edər ki, üzdə kasıb görünən vəzifə sahiblərinin, sahib olduqları villalar, gizli biznesləri, gəzdikləri lüks maşınlar və daha nələr əldə etdiklərini ortaya çıxar. Əgər araşdırsaq görərik ki, bütün bunlar halal zəhmətlə ərsəyə gəlməyib. Bu səbəbdən də bu var – dövlətin fəsadları ölkəni silkələyir… Və nəhayət, bütün bunlardan sonra ciddi bir sual yaranır: Bu imkan onlarda haradandır? Maaşla dolanan başqa gəliri olmayan bu məmurlar mülklərə və var – dövlətə necə sahib olurlar?

Redaksiyaya göndərilən məlumatların bir qismi elə harınlamış məmur və balalarının dəbdəbəli həyatından bəhs edir. Bizə düşəndə bu məmurların cəmiyyətdən uzaq tutmağa çalışdıqlarını ictimailəşdirib ölkə başçısını məlumatlandırmaqdı. Prezidentimiz bütün çıxışlarında orbitindən çıxan məmur v balalarının etdikləri qüsurları görmək üçün jurnalistlərdən eləcədə ölkə vətəndaşlarından kömək istəyib. Çünki, son günlərə qədər ölkədə baş verən məmur özbaşınalığı bunlara əyani sübutdur.

Belə məmurlardan biri də Lerik icra başçısının müavini Cəlil Baxşiyevdir. Sözü gedən rayonda hamı bilir ki, rayonda hərci- mərclik yaranıbsa, hansısa qalmaqal varsa, demək orada cənab Baxşiyevin rolu danılmazd.. Sübut kimi deyə bilərik ki, icra başçısının məzuniyyətdə olduğu dövürdə Baxşəliyev xan həzrətləri rayonda öz sultanlığın quraraq məmurlardan haqq tələb edərək onları cəzalandırmaqla məşğul olob. Bu barədə qısa Zaman öncə mətbauatda yayılan və təkzib olunmayan məlumatda bildirilirdi. (pia.az)

Bənzər yazılar

Back to top button