Hadisə

Yanacaq anbarında partlayış nəticəsində xəsarət alan 300-ə yaxın adam Xankəndi xəstəxanalarına aparılıb

Xankəndidə üç klinikaya və Rusiya sülhməramlı kontingentinin ambulatoriyasına 290 nəfər gətirilib. Onlar sentyabrın 25-də Əsgəran-Xankəndi yolundakı yanacaq anbarında baş vermiş partlayış nəticəsində xəsarət alıblar. Separatçı rejimin səhiyyə qurumu bildirib ki, onlar müxtəlif dərəcəli yanıq xəsarəti alıblar.

7 xəstənin həyatını xilas etmək mümkün olmayıb, onlar xəstəxanada ölüblər. Partlayışdan zərər çəkən onlarla xəstə hələ də ağır vəziyyətdədir. 13 tanınmamış cəsəd “məhkəmə tibbi ekspertiza bürosuna” təhvil verilib. Partlayış nəticəsində yanıq xəsarəti alanların çoxu itkin hesab olunur.

Azərbaycan Ermənistandan tibbi yardımın öz hava məkanı ilə çatdırılmasına icazə verib.

Belə ki, bu gün səhər həkim qrupu zəruri dərman və tibbi ləvazimatlarla birlikdə vertolyotla Xankəndinə yola düşüb. Həmin vertolyot xəstələrin bir hissəsini Yerevana aparacaq.(Turan)

Bənzər yazılar

Back to top button