Siyasət

İranlı general: “İranın şimal-qərb sərhədlərində gərginlik yoxdur”

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan müavini, general Əli Fadavi bildirib ki, son vaxtlar İranın şimal-qərb sərhədlərində (İran-Azərbaycan sərhəddi – Turan) xoşagəlməz hallar baş versə də, gərginlik olmayıb, İranın Mehr agentliyi xəbər verir.

Fadavi bu yaxınlarda İranın şimal-qərb sərhədlərində baş verənləri əhəmiyyətsiz adlandırıb: “1979-cu il islam inqilabından sonra 43 il ərzində amerikalılar özlərinin bütün maddi imkanları və avadanlıqları ilə İranda gərginlik yarada bilməsələr də, təbii ki, belə problemlər İran İslam Respublikasında gərginlik yaratmır”.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan müavini daha sonra deyib:”İslam İnqilabı Cəbhəsi demək olar ki, 43 il düzgün (ilahi) yolla gedib və minlərlə qələbəyə nail olub, amma Birləşmiş Ştatların rəhbərlik etdiyi şər cəbhəsi tək bir qələbənin adını çəkə bilməz”. (Turan)

Bənzər yazılar

Back to top button