Cəmiyyət

Prezident İlham Əliyev Azərbaycanın yəhudiicmasını Roş ha-Şana bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını yeni il bayramı – Roş ha-Şana münasibətilə təbrik edib.

Təbrikdə Azərbaycanda məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudi icmasının yüz illərdir sülh və əmin-amanlıq şəraitində yaşayaraq özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxladığı, tarixin heç bir dönəmində antisemitizm və ayrı-seçkiliklə üzləşmədiyi vurğulanır.

“Təqdirəlayiq haldır ki, yəhudi əsilli həmvətənlərimiz cəmiyyətimizin ayrılmaz hissəsi olaraq, digər xalqların və etiqadların nümayəndələri ilə birlikdə respublikamızda gedən böyük quruculuq işlərində yaxından iştirak edir, müasir Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər”, deyə müraciətdə qeyd edilir.

Roş ha-Şananın yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirdiyini vurğulayan dövlət başçısı Azərbaycanın yəhudi icmasına ən səmimi arzularını yetirib.

Bənzər yazılar

Back to top button