ManşetSiyasət

Ərdoğan Paşinyanla oktyabrda Praqada görüşəcəyini istisna etmir

Avropa Siyasi Birliyinin Praqada keçiriləcək iclasında Türkiyə və Ermənistan liderlərinin görüşü mümkündür. Bunu jurnalistlərə Türkiyə prezidenti Ərdoğan Nyu-Yorkda keçirdiyi brifinqdə deyib.

“Çexiyaya səfər etmək qərarına gəlsək, o zaman Ermənistanın baş naziri Nikol Paşinyan da orada olacaq. Erməni tərəfi bundan əvvəl də bu platformada mümkün görüş barədə danışıb. Ola bilsin, bizim orada bütün bu məsələləri müzakirə etmək imkanımız olacaq.

Təbii ki, bizim Qafqazda da müəyyən təşəbbüslərimiz olacaq. Hazırda o, hələ planlaşdırma mərhələsindədir. Mən bu məsələləri qardaşım İlham Əliyevlə müzakirə edəcəyəm və bundan asılı olaraq addımlar atacağıq”, – deyə Ərdoğan bildirib.

* Oktyabrın 6-7-də Aİ-nin qeyri-rəsmi sammitindən əvvəl Avropa Siyasi Birliyinin ilk iclası oktyabrın 6-da Praqada keçiriləcək.

Onun əsas məqsədi Avropa qitəsi üçün ümumi maraq kəsb edən strateji məsələlərI müzakirə etməkdir.

Bu Ukrayna hadisələri, enerji böhranı və iqtisadi vəziyyət olacaq.

İclasda Aİ üzvləri ilə yanaşı, Ukrayna, Moldova, Gürcüstan, Türkiyə, Ermənistan və Azərbaycan liderlərinin də iştirakı gözlənilir.(Turan)

Bənzər yazılar

Back to top button